
Avstriya prezidenti Aleksandrr Van der Bellen 50%-dən çox səs toplayıb və ikinci müddətə yenidən seçilib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” “exit-poll”lara istinadən məlumat verir
SORA adlı təşkilatın sorğusu göstərir ki, Van der Bellen 54,6% səs toplayıb.
Onun rəqibi ifrat sağçı Azadlıq Partiyasının namizədi Valter Rosenkrantz 18,9% səs toplayıb. Prezident postu uğrunda daha beş namizəd mübarizə aparırdı.
Alexander Van der Bellen 2017-ci ildən prezident vəzifəsini icra edir.
Avstriya parlament respublikası olsa da, prezident xala tərəfindən seçilir. Prezident altı il müddətinə seçilir.
Akif İsmayılov


