Avtomobil qəzasında ağır xəsarət alan uşaq xəstəxanada ölüb

Avtomobil qəzasında ağır xəsarət alan uşaq xəstəxanada ölüb.

Mayın 25-də 1987-ci il təvəllüdlü Kotusenko Ruslan Səxavət oğlu idarə etdiyi “Prius” markalı avtomobillə Hökməli-Qobu avtomobil yolunun Abşeron rayonu, Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sol kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə həmin avtomobildə sərnişin olan 2014-cü il təvəllüdlü Fətullayev Allahverdi Ruslan oğlu aldığı xəsarətlərdən Bakı şəhəri Akademik Mirqasımov adına Respublika xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.

Mənbə

Share: