Lənkəran şəhər rayon polis şöbəsinə müraciət edən şəhər sakini İ.Babayev fevralın 7-də saat 3 radələrində evinin qarşısından “VAZ-21011” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi K.Şükürov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, avtomobil sahibinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.