“Ayaks” meydan oxudu

Avtomatik qaralama

“Çempionlar Liqasının yarımfinalında oynamağımız təəccüblüdür. Mövsümün əvvəlində Hollandiyadan bir klubun bu mərhələyə gələcəyini heç kim gözləməzdi. Hazırda uğurlu çıxış edirik, amma daha artığını istəyirik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Ayaks”ın baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının yarımfinalında bu gün keçiriləcək  “Tottenhem”lə ilk oyun öncəsi deyib.

O, hazırda komandasının çox yaxşı durumda olduğunu bildirib: “Fiziki cəhətdən də yaxşı formadayıq. Maksimum gücümüzü meydanda göstərə bilərik. Ağır matç olacaq. Rəqibə hörmət etmək lazımdır. Biz həmişə belə edirik. Qol imkanlarından maksimum istifadə etməliyik”.

Share: