“Ayda 5 min qazanıram, amma marketlərdəki qiymətlər əlimi yandırır”

“Ayda 5 min qazanıram, amma marketlərdəki qiymətlər əlimi yandırır”

Ölkədə bahalaşma gedir. Ətin qiyməti qalxıb. O qalxır, bu qalxır. Tarif Şurasına heç kim müraciət etmir ki, bu ətin qiyməti qalxır, niyə? Yaxşı, otun, yemin qiyməti bahalaşıb. O zaman onun qiyməti niyə artıb? Ölkədə nəyinsə qiyməti qalxırsa, deməli, devalvasiya olur. Ölkəyə gətirilən nə varsa, hamısında bahalaşma görünür. Benzin qalxırsa, yenə bahalaşma gedir. Benzin qalxan kimi, dayanacağın qabağında soğan-kartof satanlar da qiyməti anındaca artırır. Deyəndə cavab verirlər ki, bura benzinlə gətirirəm”.

Milletinsesi.az xəbər verir ki, bu sözləri aktyor Sərxan Kərəmoğlu deyib. O, ölkədəki qiymət artımından şikayətçi olduğunu dilə gətirib:

“Vətəndaş olaraq filankəs efirdə bunu dedi dərdi çəkirik. Ən böyük dərdimiz bu gün efirdə olan aparıcıları birinci dərəcədə yıxıb-sürüməkdir. Bizim böyük problemimiz kim-kimdən inciyib, onu niyə reklam edirsiniz, başlayırlar onu vurmağa. Səhvsiz bir Allahdır. Hər bir insan səhv edə, içinə şeytan girə bilər. Əsas problemlər qalıb, onlardan danışmırıq.

Hər bir problemimizdə polisi günahlandırırıq. Onların hər problemlə nə əlaqəsi var, bilmirəm. Hansısa məmur özbaşınalıq edir. Elə öz ailəmi belə hamısını toparlayıb bir fikrə gətirə bilmirəm. Biz hansımız Tarif Şurasına etirazımızı bildirmişik ki? Ətin mənşəyi bilinmir deyə cərimə edə bilirlər, amma qiymətindən danışmırlar. Demirlər ki, bunun qiymətini niyə qaldırdın?

Mandarin Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər azca aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız oradanmı almalıdır? Mən ayda 3000-5000 qazanan adamam, bazarlardakı, marketlərdəki qiymətlər mənim də əlimi yandırır. 600-800 manata işləyən insanları düşünün. Siz özünüzü düşünmürsünüzsə, bu qiyməti qaldıran niyə sizi düşünsün?

Yenə bu verilişlər insanları dərdlərindən uzaqlaşdırır ki, havalanmayasınız. Biz dəli olmaq astanasındayıq, nə düşünürsünüz?”.

Onun bu sözlərinə Xalq artisti Brilliant Dadaşova “Şair burda yaxşı deyib: Eh mənim əzəldən bəxdim belədir, bir gün fırtınadır, bir gün zəlzələ” deyə, şərh yazaraq münasibət bildirib.Axsam.az

Share: