
Xalq artisti Aygün Kazımova “Dəyməzmiş” adlı yeni mahnısını təqdim edib.
Moderator.az xəbər verir ki, Kazımova bu dəfə də son hiti “Qorxuram”ı hazırlayan komanda ilə çalışıb.
Bəstənin sözləri və musiqisi Zamiq Əliyevə məxsusdur.
Videonu gürcü videoqraf Caba Axoişvili lentə alıb.


