AYİB Prezidenti Dövlət Neft Fondunun rəhbərliyi ilə görüşüb

AYİB Prezidenti Dövlət Neft Fondunun rəhbərliyi ilə görüşüb

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyi Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Prezidenti Odile Renaud-Basson və onun başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Milletinsesi.az-a ARDNF-dən məlumat verilib.

Məlumata görtə, işgüzar görüş çərçivəsində Fondun gerçəkləşdirdiyi investisiya siyasəti və investisiya portfelinin başlıca istiqamətləri, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu barədə AYİB-in nümayəndə heyətinə geniş məlumat verilib.

ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov öz çıxışında Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəflərindən bəhs edərkən, ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

O, AYİB-in ölkə iqtisadiyyatının diversifikasiyası yolunda maliyyələşdirdiyi orta və uzun müddətli layihələri yüksək qiymətləndirib.

Odile Renaud-Basson isə təmsil etdiyi təşkilatın Azərbaycandakı gələcək fəaliyyət planları və qurumlar arasında potensial əməkdaşlıq istiqamətləri barədə fikirlərini səsləndirib.

Mənbə

Share: