Aylar sonra barışdılar

Amerikalı model Bella Hadidlə reper sevgilisi Ze Vikendin barışdıqları iddia edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 5 ildir tez-tez küsüb-barışan cütlüyün aylar sonra münasibətlərinə daha bir şans verdiyi bildirilib.

İddia edilir ki, bu barışığın səbəbi isə Ze Vikendin Bilbord tarixində ən uzun müddət zirvədə qalan ilk RB albomu “After Hours”dur.

30 yaşlı ifaçı albomdakı mahnılarında Hadidlə olan münasibətlərinə gizli şəkildə yer verib.

Qeyd edək ki, cütlüyün təkrar barışmaqları ilk dəfə gündəmə gəlmir. Ötən ilin noyabrında Ze Vikendin Bellanın 23 yaşını qeyd etdiyi partidə görüntülənməsi də xeyli səs-küy doğurmuş, cütlüyün barışdıqları bildirilmişdi. Lakin həmin gündən sonra sevgililər heç bir məkanda birlikdə görüntülənməyib.

Share: