Çində koronavirus epidemiyasının başlamasından bəri ilk dəfə ölkə daxilində yoluxma halı qeydə alınmayıb.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komissiyası açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, çinli həkimlər yalnız ölkə xaricindən gələnlərdə aşkarlanan yoluxmalarla mübarizə aparırlar. Belə ki, ötən gün ərzində aşkarlanan 34 yoluxma faktının hamısı ölkə xaricindən gəlib.
Qeyd edək ki, yeni tip koronavirusun səbəb olduğu COVİD-19 yoluxucu xəstəliyi dünya üzrə 176 ölkəyə yayılaraq 220 mindən çox insana yoluxub.