Ayxan Abbasov rəsmən “Şamaxı”da

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Şamaxı”da yeni baş məşqçi təyinatı rəsmiləşib.

Millətin Səsi.az xəbər verir ki, bu vəzifəyə Ayxan Abbasov gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

43 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. 

Ötən gün A.Abbasov QOL.az-a açıqlamasında da “Şamaxı” ilə müqavilə imzalayacaqlarını təsdiqləmişdi.

Qeyd edək ki, Ayxan Abbasovun son iş yeri bu yay ayrıldığı “Turan Tovuz” olub. 

Share: