Tədrisin başqa dillərdə olduğu siniflərdə Azərbaycan dili fənninin tədrisinin artırılması nəzərdə tutulub.
Millətin Səsi.az-a xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.
“Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan dili fənni üzrə saatlar 2 dəfə artırılıb. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bunu yaxşı qarşılayacaq”, – deyə nazir əlavə edib.