Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini Gülşən Cəfərova anası – 54 yaşlı Şölə Cəfərovaya bir bıçaq xəsarəti yetirib. Yaralı qadın rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.