![Azərbaycanın hərbi helikopterləri Türkiyədədir](https://milletinsesi.az/wp-content/uploads/;https://cdn.axar.az/2019/05/13/anatolian.jpg)
“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.
Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, hərbi pilotlarımız plana uyğun olaraq bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.
Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.