Ötən həftə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. İtkin düşən hərbçilərimizin hər ikisi Ermənistan tərəfindən saxlanılıb.
Saxlanılan Hüseyn Axundov amansız işgəncələrə məruz qalıb, qeyri-insani rəftarla üzləşib.
Bununla bağlı dünya ictimaiyyətindən də reaksiyalar bildirilib. Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, ictimai xadim, hazırda döyüşdə iştirak edən Dmitro Kulibaba Modern.az-a deyib ki, bu hadisələr Ukraynanın da başına gəlib:

Ukrayna hazırda müharibə şəraitindədir. Belə hadisələrlə biz də tez-tez qarşılaşırıq. Rusların bizim məhbuslarla hərəkətlərinin nümunələrini görmüsünüz. Belə hallara qarşı təxribətı törədən tərəfin ali rəhbərliyi və bütün tərəfdaş dövlətlər cavabdeh olmalıdırlar. Bu, həmçinin beynəlxalq tribunal, həm də liderlərin şəxsi məsuliyyəti deməkdir”.
Gürcüstanlı ekspert Zaal Anjaparidze də Azərbaycan hərbçisinə qarşı atılan belə addımı qınayıb:

“Belə bir halın yaşanması qarşı tərəf üçün utancverici haldır. Bütün istiqamətlərdə bu cinayətdir və beynəlxalq ictimaiyyət mütləq cinnayəti qınamalıdır ki, belə hallar yenidən yaşanmasın. Silahsız əsgərlə belə davranış qarşı tərəfə hər hansı haqq qazandırmır. Belə hallara qarşı mübarizə aparılmalıdır”.
Pakistanlı beynəlxalq ekspert Qayser Navab da bildirib ki, silahsız əsgərə qarşı cinayət törədənlər mütləq cazalandırılmalıdır:
“Pakistan hər zaman olduğu kimi Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Qeydə alınan videoda biz sadəcə cinayət görürük. Silahsız əsgərə qarşı atılmış addım mütləq pislənilməlidir. Amma təəssüf ki, beynəlxalq icitimaiyyət yenə səssiz qalır. Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyi ilə çıxış etməyə hazırdır və edir. Ermənistan tərəfi də bilməlidir ki, bu hadisələr cavabsız qalmayacaq. Mütləq hüquqi və digər yollarla cavabını alacaq”.


