
Azərbaycan 2025/26 mövsümü UEFA reytinqinə ilk xallarını qazanıb.
Milletinsesi.az QOL.az- a istinadən xəbər verir ki, bu, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Çelye” (Sloveniya) – “Sabah” (Azərbaycan) oyunundan sonra (3:3, ilk matç 2:3) sonda mümkün olub.
Reytinqə 0,125 xal əlavə olunub. Hazırda 29-cu olan Azərbaycanın xal ehtiyatı 17,250 təşkil edir. Ölkəmizdən bir pillə öndə – 28-ci pillədəki Ukraynanın 17,975, bir pillə sonra – 30-cu yerdə qərarlaşan Bolqarıstanın 16,500 xalı var.
Xatırladaq ki, “Sabah” Avroliqada mübarizəni başa vurduğu üçün Konfrans Liqasında yarışacaq. Gələn həftə Azərbaycanın daha 3 klubu – “Qarabağ” (Çempionlar Liqası), “Zirə” və “Araz Naxçıvan” da (Konfrans Liqası) avrokuboklara start verir.