Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11,840 mln. ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
‘Millətin Səsi.az”-ın Dövlə Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4,821 mlrd. ABŞ dolları təşkil edib.
Bu ilin dörd ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 1,8%, dəyəri isə 15% azdır.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 76,45% olub.