“Dünyanın müxtəlif ölkələrdən karqo təyyarələri ölkəmizə göndərilir, onlara təşəkkür edirik”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ön sırada dayanan Azərbaycan ilk gündən etibarən əlindəki bütün yük təyyarələrini bizim üçün səfərbər edib. İndiyə qədər ümumilə dünya ölkələrindən 23 878 çadır ölkəmizə çatıb. Bu gün isə 9000 çadır daha ölkəmizə gətiriləcək”, – Çavuşoğlu bildirib.