Azərbaycan Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişib

Azərbaycan Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişib

“Azərbaycanın qazandığı qələbə tarixə düşüb”

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

“Bu gün Qarabağ və Şərqi-Zəngəzur özünün yeni dövrünü yaşayır. Məcburi köçkünlər öz torpaqlarına qayıdır. Cənab Prezident və birinci xanım vaxtaşırı həmin torpaqlara səfər edirlər. Eyni zamanda Azərbaycan tərəfindən sülh müqaviləsi üçün şərait yaradılıb. Əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərini yerinə yetirərsə, yaxın zamanda sülh müqaviləsi bağlana bilər”, – deyə parlament sədri vurğulayıb.

 

Sahibə Qafarova, həmçinin qeyd edib ki, Azərbaycan öz gücü ilə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişib.

 

Mənbə

Share: