Azərbaycan çempionatında çıxış edən futbolçu ilk dəfə Belarus millisinə çağırılıb

Azərbaycan Premyer Liqasında çıxış edən Yeqor Xvalko ilk dəfə Belarus millisinə dəvət alıb.

“Kəpəz”in müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin iyunda keçiriləcək oyunlarında debüt etmək imkanı qazanıb.

Çünki baş məşqçi Georgi Kondratyev 26 yaşlı mərkəz müdafiəçisini 33 nəfərlik ilkin siyahıya salıb. Mütəxəssis iyunun 10-da başlayacaq təlim-məşq toplanışının ardından 23 nəfərlik yekun heyəti müəyyənləşdirəcək.

Belarus millisi İ qrupu çərçivəsində iyunun 16-da İsrail, 19-da isə Kosovo ilə qarşılaşacaq.

Qeyd edək ki, Yeqor Xvalko “Kəpəz”ə mövsümün əvvəlində ölkəsinin “Arsenal” klubundan keçib.

Mənbə

Share: