Azərbaycan cüdoçusu: “Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam”

“Fərdi yarışlarda 5-ci yeri tutdum. Medalın bir addımlığında uduzduğum üçün məyus idim”.

Bunu Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatının qarışıq komanda yarışında bürünc medal qazanan Azərbaycan yğmasının üzvü Ruslan Nəsirli (100 kq) “Report”un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

O, qitə çemionatında ilk medalını əldə etdiyi üçün sevincli olduğunu bildirib: “Fərdi yarışlarda yarımfinaladək irəliləsəm də, burada italiyalı Daniele Akkoqliyə məğlub oldum. Komanda yarışında isə yaxşı güləşdim və özümü doğrultdum”.

 

Share: