Azərbaycan Dəmir Yollarında yoxlamalar başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılır.

Millətin Səsi.az Unikal-a istinadən xəbər verir ki, hazırda QSC-nin maliyyə fəaliyyəti araşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sorğuya cavab olaraq bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq Azərbaycan Dəmir Yolları QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb:

“Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək”, – deyə məlumatda qeyd olunub.

Share: