Azərbaycan fintexlərinin ödəniş bazarında rolunun gücləndirilməsi müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) fintexlərin ödəniş bazarında rolunun gücləndirilməsi müzakirə edilib.

Bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“AMB-də “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə növbəti görüşümüz oldu. Görüşdə ödəniş xidmətləri bazarının inkişafı istiqamətində apardığımız islahatlar, eləcə də fintex ekosistemində təmsil olunan təşkilatlarla digər maliyyə institutları arasındakı əlaqələrin inkişafını müzakirə etdik. Fintexlərin ödəniş bazarında rolunun gücləndirilməsi, yeni ödəniş həllərinin tətbiqi və rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində danışdıq. Həmçinin fintex sektorunun cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

Mənbə

Share: