Azərbaycan generalı ABŞ-da danışıqlar apardı

Azərbaycan generalı ABŞ-da danışıqlar apardı

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb.

 

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

 

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

Mənbə

Share: