Azərbaycan, Gürcüstan və Rusiya dairəvi elektrik enerjisi şəbəkəsi yaradacaq

Azərbaycan, Gürcüstan və Rusiya dairəvi elektrik enerjisi şəbəkəsi yaradacaq.

Bu barədə “Gürcüstan Dövlət Elektrik Sistemləri” SC məlumat yayıb.

Bildirilir ki, hər üç tərəfin ekspert və mütəxəssisləri Tbilisidə Azərbaycan, Gürcüstan və Rusiyanın elektrik sistemlərinin iş mexanizmini müzakirə ediblər. Görüşdə elektrik enerjisi sahəsində əlaqələrin inkişaf etdirilməsinin, enerjinin ötürülməsi mexanizmlərinin idarə olunması ilə bağlı əlaqələndirici mexanizmin yaradılmasının məqsədə uyğun olduğu vurğulanıb.

Ekspertlər birgə dairəvi elektrik enerjisi sisteminin yaradılması barədə razılığa gəliblər. Bu şəbəkə hər üç ölkədə elektrik enerjisi sisteminin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin edəcək, elektrik enerjisinin idxal və ixracını artırmağa imkan yaradacaq. (AZƏRTAC)

Share: