“İİV xəstəliyinin Azərbaycanda risk qruplarına aid şəxslər arasında yayılmasının lokallaşdırılmasına nail olunub”.
Modern.az-ın məlumatına görə, bunu QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
Onun sözlərinə görə, bu nailiyyət uzun müddət əks-epidemik tədbirlər nəticəsində mümkün olub:
“Azərbaycan İİV-ə ən az yoluxan ölkələr sırasındadır. Ölkədə vəziyyət nəzarət altındadır. Epidemik sıçrayışlar mövcud deyil. Son 10 ayda İİV-yə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68%-i kişi, 32%-i isə qadın olub”.