Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Moskvada keçirilən VIII beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək nazirinin beynəlxalq əlaqələr üzrə müavini, briqada generalı Mohamməd Əhadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Share: