Azərbaycan İndoneziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İndoneziyadakı zəlzələ ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

 

“Qərbi Yavada, İndoneziyada baş verən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan bu çətin gündə dost və qardaş İndoneziyanın yanındadır”, – XİN-in məlumatında qeyd olunub.

Mənbə

Share: