Azərbaycanda dövlət və din kifayət qədər həssas məsələdir.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” adlı iclasında komitənin sədri Fəzail İbrahimli bildirib.
“Ölkə uzun illər kommunist rejimin altında yaşayıb. Bu rejimdə bir şüar var idi ki, din xalq üçün tiryəkdir. Bu ideologiya adı altında yeni nəsil formalaşdı. Dinsiz bir dünya hökm sürməyə başladı. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra da islam əxlaqına, düşüncəsinə sadiq qaldı və düşünürəm ki, bundan sonra da qalacaq. Eyni zamanda qeyd edim ki, ölkədə bütün dini cərəyanlara azadlıq verilir və fəaliyyət göstərir. Ona görə də Azərbaycan hazırda dövrünün ən şanlı dövrünü yaşayır”,- deyə o bildirib.