Azərbaycan KOB-ları Misirin “Elsewedy Electric” şirkətinin təchizatında iştirak edə bilər

Azərbaycan KOB-ları Misirin “Elsewedy Electric” şirkətinin təchizatında iştirak edə bilər

Azərbaycan KOB-larının Misirin “Elsewedy Electric” şirkətinin təchizatında iştirak imkanları və əməkdaşlığı müzakirə olunub.

 

Müzakirələr İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun Misirin “Elsewedy Electric” şirkətinin regional direktoru Amr Zaki ilə keçirilən görüşdə aparılıb.

 

Bu barədə O. Məmmədov özünün tviter hesabında yazıb.

 

KOBİA rəhbəri qeyd edib ki, xarici şirkətlərlə keçirilən görüşlərdə onların yerli bizneslə əməkdaşlıq imkanları müzakirə edilir.

 

Mənbə

Share: