Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
İddiaçılar ilkin sənədləri oktybrın 4-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 12-si, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 13-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.