Azərbaycan Macarıstanla yaşıl enerji layihələri üzrə tərəfdaşlığın perspektivləri barədə müzakirə aparıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Macarıstana işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan fəal əməkdaşlıq, iqtisadi-ticari əlaqələri gücləndirən təşəbbüslərlə bağlı fikirləri bölüşdük”, – deyə nazir qeyd edib.