AVRO-2024-ün seçmə mərhələsinin I turunda Avstriya ilə oyunda zədələnən Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
Paytaxt təmsilçisindən verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib.
İsrafilovun sağ diz medial bağında birinci dərəcəli gərilmə aşkarlanıb.
Müalicəsinə başlanılan oyunçu 10-14 gündən sonra komanda ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub.