Azərbaycan nefti cüzi UCUZLAŞDI

Azərbaycan nefti cüzi UCUZLAŞDI

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti cüzi azalıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları azalaraq 80,85 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Mənbə

Share: