“Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır”

“Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib”.

Bu barədə Milletinsesi.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir.

Share: