Azərbaycan para-taekvondoçusu idman növü üzrə milli komandasının üzvü Xəlilov İmaməddin (70 kq, K44) Fransanın Montarji şəhərində keçirilən Açıq Avropa çempionatında gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, milli komandanın digər üzvləri Sabir Zeynalov (58 kg, K44) və Amin Şıxəliyev (63 kq, K44) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.