Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdı

Misli Premyer Liqasında komanda sayı artırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

 

Növbəti mövsüm Azərbaycan Premyer Liqada 12 komanda mübarizə aparacaq. Ötən çempionatı sonuncu yerdə başa vuran “Şamaxı” I diviziona düşməyəcək.

 

Həmçinin, aşağı dəstənin çempionu “Araz Naxçıvan”la yanaşı, “Zaqatala” da Premyer Liqaya yüksəlib.

 

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Premyer Liqanın 2022/23 mövsümündə “Qarabağ” çempion olub.

Mənbə

Share: