Azərbaycan Premyer Liqasında nadir HADİSƏ

Azərbaycan Premyer Liqasının 3-cü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.


Modern.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, “Sabah” – “Neftçi” oyununda bir komandanın qapısına üç penalti zərbəsi təyin olunub. Meydan sahibləri bu üç imkandan ikisindən yararlana bilib.

Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu 2:1 hesabı ilə başa çatıb.


Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/06 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb. 2005-ci il dekabrın 10-dakı görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

Mənbə

Share: