
“Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddialar qaldırmışıq”.
Millətin Səsi.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistanın Azərbaycana təzminat ödəməsi mürəkkəb məsələdir:
“Bu məsələ ilə bağlı yerli məhkəmələrə müraciət olunacaq. Ümid edirəm ki, bunlar müsbət nəticələnəcək.
Məsələn, Qarabağda qeyri-qanuni fəaliyyət göstərən və gəlir əldə edən İsveçrənin şirkəti var. Biz onlara qarşı İsveçrə məhkəməsində iddia hazırlayırıq”.