Azərbaycan qızıl ixracından gəlirini təxminən 6 dəfə artırıb

Azərbaycan bu ilin yanvar-fevral aylarında 748,29kq qızıl ixrac edib.

Millətin Səsi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə ixrac edilən qızılın dəyəri 40 milyon 170,41 min ABŞ dolları (+5,9 dəfə) təşkil edib.

Bu ilin yanvar-fevral aylarında qızılın bütün həcmi İsveçrəyə ixrac edilib.

Share: