
Litvanın paytaxtı Vilnüsdə Azərbaycan səfirliyinə məxsus “Volkswagen Passat” markalı avtomobil qəzaya uğrayıb.
Modern.az Litva mətbuatına istinadən xəbər verir ki, hadisə axşam saat 22:00 radələrində baş verib.
Səfirliyin avtomobili Litva vətəndaşına məxsus “VW Polo” markalı maşınla toqquşub. Hadisə yerinə polis çağırılıb.
Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Səfirliyi də məlumat yayıb.
Səfirlikdən verilən açıqlamada qəzanın baş verdiyi təsdiq edilib. Məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.
Bildirilib ki, qəzanın səbəbləri ilə bağlı hazırda müvafiq təhqiqat aparılır və nəticəsi barədə məlumat təqdim ediləcək.