
Ötən gün Bakıdan havaya qalxan Azərbaycan təyyarəsi Ermənistanın paytaxtı İrəvana eniş edib.
Milletinsesi.az xəbər verir ki, Azərbaycana məxsus sözügedən təyyarə xüsusi reyslər üçün nəzərtə tutulub və bundan bir ədəddir.
Teleqraf-ın məlumatına görə, ötən gündən başlayaraq İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iki günlük dəyirmi masa keçirilir. Təyyarənin də məhz Azərbaycan nümayəndə heyətini daşıdığı istisna deyil.
Qeyd edək ki, Azərbaycan XİN məsələ ilə bağlı açıqlama vermək istəməyib.