
Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə bağlı ləngimə bizim qanunvericiliklə bağlıdır.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.
“Universitetinin yaradılması ilə bağlı problem bizim qanunvericiliklə bağlıdır. Bəzən hansısa ölkə ilə saziş imzalamaq istəyirik, amma qanunvericiliklə bunu tənzimləmək olmur. Ona görə də Milli Məclisə gəlmək məcburiyyətində qalırıq. Bununla bağlı problem Fransa-Azərbaycan universiteti ilə də yaranmışdı”, – deyə nazir çıxışında vurğulayıb.
