2021-ci ildə Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Milletinsesi.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları barədə danışarkən deyib.
O bildirib ki, görüşün təşkil olunması ilə bağlı yaxın zamanlarda tərəflər arasında müzakirələr başlayacaq.
Nazir görüşün keçiriləcəyi tarixin açıqlanacağını bildirib.
M.Çavuşoğlunun sözlərinə görə, üçtərəfli görüşün Pakistanda keçirilməsi planlaşdırılır.