Azərbaycan və EBRD gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və EBRD gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində növbəti məhsuldar görüşümüz EBRD-nin xəzinədarı Axel Van Nederveen ilə oldu. Bu görüşdə biz Bankla mövcud fəaliyyət istiqamətləri, eləcə də potensial digər əməkdaşlıq imkanları üzərində fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

Mənbə

Share: