Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Rusiyada da görüşəcəklər.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı, Avropaya inteqrasiya məsələləri üzrə parlament komissiyasının rəhbəri Arman Yeqoyan keçirdiyi brifinqdə məlumat verib.
“Rusiyada da Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü olacaq. Bununla bağlı artıq ilkin razılıq əldə olunub”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş bir neçə gün davam edəcək.