Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, görüş 7 saat davam edib.
XİN rəsmisi əlavə edib ki, görüş sabah da davam edəcək.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.
XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərini müzakirə ediblər.