
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen arasında təkbətək görüş başa çatıb.
Modern.az xəbər verir ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.
Görüşdə müxtəlif sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparırlar.
15:58
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun israilli həmkarı Eli Kohenlə görüşü başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Ceyhun Bayramov Xarici İşlər Nazirliyində Eli Koheni qarşılayıb.


