“Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı istiqamətində çox iş görüb”.
Bunu nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu istiqamətdə yeni dəniz limanları və dəmir yolları tikilib.
“Orta Dəhliz şaxələndirilməlidir”, – o əlavə edib.
R.Ağamirzəyev qeyd edib ki, Qazaxıstandan dəmir yolu daşımaları üçün lokomotivlərin və vaqonların alınması hesabına Azərbaycanda nəqliyyat infrastrukturu daha da yaxşılaşıb.