Cənubi Qafqaz regionunda yeni iri ilan növü aşkar olunub.
Bu, Rusiyanın Soçi Milli Parkı alimlərinin Azərbaycan, Türkiyə, Slovakiya və Çexiyadan olan həmkarları ilə birgə apardığı tədqiqatlar nəticəsində mümkün olub.
Yeni ilan növünə Cənubi Qafqazda Göyçə gölündən Van gölünə qədərki ərazilərdə mövcud olmuş antik Urartu dövlətinin adı verilib.
Urartu bağailanı 1950-ci ildə amerikalı bioloq Ernst Mayr tərəfindən kəşf olunmuş əkizlər növünə aiddir.
Yeni ilan növü Dağıstanın dağlıq ərazilərində və bütün Cənubi Qafqaz zonasında yaşayır (Report).