“Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əlini uzadıblar”

“Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əlini uzadıblar”.

 

Buna “Report”a açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

O, Azərbaycan və Türkiyənin hər zaman sülhdən, yaxşı qonşuluq münasibətlərdən yana olduğunu vurğulayıb:

 

“Ona görə də biz Azərbaycan, Ermənistan və digər dövlətlərlə sülh və əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşamağa üstünlük veririk. Bunu arzu edirik. Bu baxımdan Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əlini uzadıblar. Arzumuz budur ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutsun və davamlı sülhə nail olunsun.

 

Davamlı sülhə nail olmaq üçün lazımi sazişlərin və digər mətnlərin imzalanmasının bütün ölkələr üçün, region üçün sülh və əmin-amanlığın təmin edilməsi baxımından faydalı olacağına biz bütün qəlbimizlə inanırıq. Ermənistanın və digər ölkələrin Azərbaycanın sülh təklifinə və sülh üçün uzadılan ələ ən qısa zamanda müsbət cavab verməsini gözləyirik” .

 

Mənbə

Share: